Əlaqə Arxiv
news Image
2017.06.02
16:06
| A A A
ABŞ YPG-yə verdiyi silahların siyahısını açıqladı

ABŞ-ın Suriyada terror təşkilatı YPG'yə verdiyi silahların ətraflı siyahısı Müdafiə Nazirliyinin büdcə hesabatına daxil oldu. Movqe.az xəbər verir ki, Hesabatda Suriyaya göndəriləcək silahlar ilk dəfə bu qədər detallı bir şəkildə açıqlanıb. Silahların içərisində bir çox tank mərmisi, yüksək texnologiyalı silahlar və minlərlə raketatanlar  var.

Qeyd edək ki, ABŞ liderliyindəki İŞİD əleyhdarı koalisiya sözçüsü polkovnik Ryan Dillon,cümə axşamı günü etdiyi şərhdə YPG'yə göndərilən silahlarla əlaqədar bütün detalların ABŞ tərəfindən Ankaraya bildiriləcəyini ifadə etmişdi.

ABŞ-ın Suriyaya göndərdiyi silahlar bu şəkildə:

- 6 min ədəd PKM (BİKİSİ)
- 3500 ədəd DShK (Doçka)
- 3000 ədəd RPG-7
- 1000 ədəd AT4 və SPG9
- 80 ədəd 60mm havan
- 80 ədəd 82mm havan
- 75 ədəd 120mm havan
- 150 ədəd AN / PVS gecə görmə cihazı
- 150 ədəd AN / PEQ 2
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz