Əlaqə Arxiv
news Image
2017.06.03
09:00
| A A A
Erpmənilər cəbhədə daha çox hərbi itkiyə məruz qalmağa başlayır
Üzeyir Cəfərov: “Düzgün nəticə çıxarmadıqları təqdirdə, Azərbaycan ən sərt şəkildə düşməni cəzalandıracaq” Elman Məmmədov: “Nə qədər ki, düşmən Azərbaycan ərazisindədir, düşmənin canlı qüvvə və hərbi texnika baxımından məhv edilməsi prosesi daha şidddətli şəkildə davam edəcək”

Azərbaycan Ordusu şəxsi heyətlə yanaşı,  Ermənistanın müxtəlif hərbi texnikasını, hərbi obyektlərini də məhv edir. Son günlər bu istiqamətdə məlumatların da sayı artır. Ordumuz bu fonda düşmənə haqlı olaraq aman vermir. Cərəyan edən hadisələr də onu deməyə əsas verir ki, Azərbaycan Ordusu işğalçının ərazimizdə yerləşən hər bir hərbi texnika və hərbi obyektlərini Yer üzündən tamamilə silməyə qadirdir. Düşmənin şəxsi heyət, hərbi texnika və hərbi obyektlərin məhv edilməsi baxımından ciddi itkilərə məruz qalması aydın məsələdir ki, Ermənistan cəmiyyətində işğalçı Serj Sarkisyan rejiminə qarşı narazılığı da artırır. Yaranmış bu vəziyyət Qarabağ münaqişəsinin gedişinə nə vəd edir? 

Hərbçi-ekspert Üzeyir Cəfərov bildirdi ki, düşmən prosesdən düzgün nəticə çıxarmayacağı halda, Azərbaycan Ordusunun onlara endirdiyi sarsıdıcı zərbələri daha ağır formada hiss edəcəklər: “Azərbaycan Ordusu məcburiyyət qarşısında qalaraq düşmənin təxribatlarının qarşısını almağa məcburdur. Əsgər və zabitlərimiz düşmənin azğınlaşmaması üçün üzərinə düşən bəzi işləri həyata keçirir.  Bu işlər də ondan ibarətdir ki, işğalçıların ön xəttə və yaxud bir qədər arxada yerləşən şəxsi heyəti Azərbaycan Silahlı Qüvvələri üçün hansısa bir problem yaradırsa, sözsüz, ordumuz bunu cavabsız saxlamayacaq. Bu əsasda da lazım olan qərarlar qəbul olunur. Həmin qərarlar da ondan ibarətdir ki, düşmən ya təxribatlarından əl çəkib Azərbaycan Ordusunun bunu cavabsız qoymayacağını anlamalıdır. Ya da düşmən məhv ediləcək. 
İşğalçı gözəl bilir ki, Azərbaycan heç bir halda öz ərazisində onların bizə nəyisə diktə etməsinə imkan verməyəcək. Bu nöqteyi-nəzərdən cəbhə bölgəsində baş verənlər, xüsusən Xocavənd-Füzuli istiqamətində cərəyan edən olaylar onu deməyə əsas verir ki, ermənilər düzgün nəticə çıxarmalıdırlar. Düzgün nəticə çıxarmadıqları təqdirdə isə sözsüz ki, Azərbaycan ən sərt şəkildə düşməni cəzalandıracaq. 
Azərbaycan kifayət qədər səbr və dözüm nümayiş etdirib. Amma bundan sonra gözləməyin heç bir mənası da yoxdur. Hesab edirəm ki, ATƏT-in Minsk qrupu həmsədrləri bölgəyə gəlib gedənə qədər gərginlik hiss olunmaqda davam edəcək. Şəxsən düşünürəm ki, bu məsələdə düşmənə heç bir güzəşt olunmayacaq.Onun təxribatlarının qarşısı sərt şəkildə alınacaq. İstər canlı qüvvə, istərsə də ağır texnikaları olsun, məhv ediləcək. Ermənilər bunu yaxın günlərdə daha ağır formada hiss edəcəklər”.
Milli Məclisin deputatı Elman Məmmədov da qeyd etdi ki, işğal prosesi aradan qaldırılmayınca erməni ordusunu məhv etmək yolunda Azərbaycan Ordusunun zərbələri daha şiddətli xarakter alacaq: “Ərazilərimizi işğal edən düşmənin şəxsi heyətilə yanaşı, hərbi texnika və hərbi obyektlərinin məhv edilməsi Qarabağ münaqişəsinin gedişində Azərbaycanın artıq təkcə müdafiə mövqeyində durmaqla kifayətlənməyəcəyini vəd edir. Ermənistanla Azərbaycan arasında sərhədə toxunmuruq. Ancaq Azərbaycan ərazisində uzun illərdir, kök salmış Ermənistanın işğalçı silahlı birləşmələri və digər cinayətkar silahlı dəstələrə qarşı amansız, güzəştsiz olacaq və onların tədricən torpaqlarımızdan çıxarılması üçün müvafiq tədbirlər görəcək. Müvafiq tədbirlər deyəndə lazımı hərbi əməliyyatlardan istifadə etməklə qanmaz düşmənə qandıracağıq ki, sonuncu işğalçı əsgər torpaqlarımızdan çıxana qədər onların məhv edilməsi prosesi davam edəcək. Yəni, ikiüzlü, riyakar həmsədr və başqa beynəlxalq qurumların hər dəfə görüşlərdə vurğuladıqları qarşılıqlı etimad və dayanıqlı atəşkəs olmayacaq. 
Nə qədər ki, düşmən qoşunu Azərbaycan ərazisindədir, torpaqlarımız işğal altındadır, düşmənin canlı qüvvə və hərbi texnika baxımından  məhv edilməsi prosesi daha şidddətli şəkildə davam edəcək. Azərbaycan Ordusu gücü sayəsində nümayiş etdirib ki, düşmənin yaxın və uzaqda olan strateji atəş nöqtəsi və canlı qüvvəsini tamamilə məhv etməyə qadirdir. Ona görə də ermənilər ağıllarını başına yığıb, üzüsulu torpaqlarımızdan çıxıb getməlidirlər”. 

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz