Əlaqə Arxiv
news Image
2017.06.03
10:00
| A A A
Xristian təəssübkeşliyi Qafqazda nüvə təhdidini artırır
Fərəc Quliyev: “Xristian təəssübkeşliyi, Rusiyanın rolu “Metsamor”un bağlanmasına əngəl olur” Fazil Mustafa: “Ermənistana olan təəssübkeşlikdən irəli gəlir”

Milli Məclis sədrinin birinci müavini Ziyafət ƏsgərovAvropa Şurası Parlament Assambleyasının (AŞPA) Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında çıxışı zamanı bildirib ki, Ermənistandakı ”Metsamor”  Atom Elektrik Stansiyasının potensial təhlükəsi də müzakirə olunmalıdır: ”Bu stansiya region üçün ən təhlükəli AES-dir. SSRİ texnologiyası ilə tikilib. Orada bir hadisə baş versə, Avropa üçün çox böyük təhlükə yaradar. Ermənistan üstəlik seysmik zonada yerləşir”. 

Azərbaycan artıq neçənci dəfədir ki, “Metsamor”  məsələsini gündəmə gətirir və onun ciddi təhdid mənbəyi olduğunu bildirir. Nədən bu təhdidə qarşı dünya,  o cümlədən Avropa əməli addımlar atmır? 
Milli Məclisin deputatı Fərəc Quliyevin fikrincə, xristian təəssübkeşliyi və Rusiya amili fonunda dünya “Metsamor”la bağlı həyəcan təbilinə adekvat reaksiya vermir: “Metsamor” Atom Elektrik Stansiyasının potensial təhlükə mənbəyi olması məsələsi dəfələrlə müzakirə mövzusu olub, müxtəlif  tədbirlərdə qaldırılıb. Özüm də Avronestin Moldovadakı son tədbirində bu məsələ ətrafında geniş çıxış etdim. Bildirdim ki, bu stansiya Ermənistan Azərbaycan müharibəsinə aydiyyatı olmayan, bəşəriyyəti təhdid edən bir məsələdir.  Orada Ermənistan tərəfinin etiraz etməsinə baxmayaraq, Almaniyadan olan həmsədr ciddi şəkildə məni müdafiə etdi.  Amma bundan xeyli əvvəllər də Avropa Ittifaqi və digər qurumlar tərəfindən həmin stansiyanın bağlanması ilə bağlı müəyyən çağırışlar olub. Hətta bir dəfə stansiyanın bağlanması ümün 200 milyon dollar  ayırmaq haqda qərar da verildi. Lakin Ermənistan tərəfi məsələyə biganə yanaşmaqda davam edir. 
Həmin qurğu Rusiyanın tikdiyi, müdafiə qabiliyyəti olmayan, beton və dəmirdən heç bir mühafizəsi olmayan köhnə sistemdir. Yəni, nüvə bombası kmi bir şeydir. Rusiya da maraqlıdır ki, “Metsamor” bağlanmasın. Çünki Rusiya özünün vassalı olan Ermənisanın da yükünü çəkmək məcburiyyətindədir. Məsələnin dəfələrlə qaldırılmasına baxmayaraq, ermənilərin yenə də öz bildiklərini etməsinin kökündə isə cəzasızlıq, onlara qarşı sanksiyaların tətbiq olunmaması dayanır. İsətsələr asanlıqla Ermənistanı stansiyanı bağlamağa məcbur edə bilərlər. Amma xristian təəssübkeçliyi, Rusiyanın rolu stansiyanın bağlanmasına əngəl olur. Onlar Ermənistanı ərköyün uşaq kimi saxladıqlarından İrəvan da “Metsamor”un bağlanması çağırışlarına əhəmiyyət vermir”.
Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, Avropanın  Ermənistana olan təəssübkeşliyi “Metsamor” kimi təhlükəyə onların göz yummasına gətirib çıxarıb: “Açığı “Metsamor”la bağlı olaraq dünyanın Ermənistana həm müdaxilə etmək fikri yoxdur. Həm də Ermənistanın özü nüvə tullantısı kimi bir dövlətdir. Elə həmin atom stansiyası əslində, Ermənistanın kiçik bir modelidir. Həmin stansiya yaxın dövlətlər necə ziyan vurmağı düşünürsə, Ermənistan da dövlət olaraq özü bir nüvə tullantısıdır. Belədə qonşu ölkələr üçün Ermənistan həmişə problem yaradan bir dövlətdir. Ona görə də “Metsamor” Atom Stansiyasından öncə Ermənistanın özünün məsələsini həll etmək lazımdır. Onu zərərsizləşmiş, psixoloji cəhətdən sağlam dövlətə çevirmək lazımdır ki, başqa ölkələri zəhərləməsin. 
Nə vaxtsa həmin stansiya öz fəsadını verəcək və təhlükəsi region üçün böyük olacaq. Təəssüf ki, bu barədə dünya həyəcan təbilini eşitmək istəmir. Bu da Ermənistana olan təəssübkeşlikdən irəli gəlir. Ümid edək ki, qaldırdığımız məsələlər əvvəl-axır ciddi diqqət cəlb edəcək və bu istiqamətdə Ermənistana təzyiqlər başlayacaq”. 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz