Əlaqə Arxiv
news Image
2017.06.02
17:04
| A A A
Erməni iddialarına tutarlı cavab – Brendon J. Cannon kitabında ermənilər haqqında nələri yazıb?

Türkiyənin Azərbaycandakı Səfirliyi tərəfindən AMEA Mərkəzi Elmi Kitabxanasına  Brendon J. Cannonun "Legislating Reality and Politicizing History: Contextualizing Armenian Claims of Genocide (Reallığı Qanuniləşdirmə və Tarixi Siyasiləşdirmə: erməni soyqırım İddialarının Kontekstləşdirilməsi)" adlı kitabı hədiyyə edilib.
Kitab Birinci Dünya Müharibəsi ərəfəsində  Osmanlı İmperiyasında ermənilərin köçürülməsiylə bağlı maraqlı faktları ehtiva edir və 2016-cı ildə nəşr olunub.
Bu kitab əslində ermənilerin köçürülmə tarixi və ya erməni diasporasının tarixinə aid kitab deyil. Cannon bu kitabda  əsasən 1915-ci il hadisələrindən diasporanın qurulmasında necə istifadə edildiyindən bəhs etmişdir.
Cannon daha sonra diqqəti  türklər və ermənilərin barışdırılması cəhdlərinə yönləndirmiş  və erməni diasporasının həyata keçirdiyi kampaniyanın Türkiyə, Ermənistan və erməni diasporası arasındaki əlaqələrə mənfi təsir etdiyini müzakirə etmişdir. Cannon “olduqca emosional” olan kampanyanın dolayısıyla torpaqdan əlavə yaddaşa yönləndirildiyini yazmışdır. Bu yaddaş siyasi baxış, din və dil baxımından fərqlənən ermənilərin birləşməsinə xidmət etməkdədir. Bu, xüsusilə erməni diasporasının erməni dilini bilməyən gələcək nəsilləri üçün keçərlidir.
Cannon, erməni soyqırımı iddialarının erməni diasporası, Ermənistan Respublikası, Şimali Amerika, Rusiya və Avropa mediasında, bir çox siyasətçi və bəzi tanınmış araşdırmaçılar tərəfindən tarixi reallıq olaraq qəbul edildiyini yazsa da, bu iddiaların “əksik və xətalı” olduğunu da bildirmişdir.
Erməni diasporasının “soyqırımın” tanınması istiqamətində daima səfərbərlik vəziyyətində olduğunu bildirən Cannona görə, bu səfərbərlik erməni “egosu” və “soyqırımçı türklər” adlı iki cəbhəni ortaya çıxarmışdır.  Türklərin “soyqırımı inkar edənlər” olaraq özgələşdirilməsi, ermənilərin kilsə, din və siyasətlərinin bacarmadığı qədər birləşməsinə səbəb olmuşdur. Cannon irəli sürür ki, din, dil və siyasi baxış erməniləri heç zaman birləşdirməmiş, “ortaq travma vasitəsilə formalaşan milli kimlik” diasporanı yaratmaqda xüsusi rol oynamışdır.
Bir siyasi tələb olaraq ermənilərin “soyqırımın” tanınması kampaniyasının əsassızlığı bu kampaniyanın uğurlu olma şansını sıfıra endirmişdir. Cannona görə, erməni siyasi ədəbiyyatında soyqırımın Türkiyə hökuməti tərəfindən tanındıqdan sonra təzminat və torpaq tələb edilməsi də uğursuzluğun digər səbəbidir. Bu kampaniyanın strateji çatışmazlığına gəldikdə isə, müəllif 1915-ci il hadisələriylə əlaqəsi olan həm türk, həm də ermənilərin artıq həyatda olmadıqlarını vurğulamışdır. Hətta Türkiyə hökümətinin 1915-ci il hadisələrini araşdırmaq üçün ortaq komissiyanın yaradılması təklifi də ermənilər tərəfindən qulaqardı edilmişdir.  Bütün bunlarla birlikdə, Erməni diasporasının soyqırım yönündə müxalifət tanımaması açıq-aşkar  məğlubiyyət göstəricisidir.  
Cannon, türk diasporasını erməni diasporasıyla müqayisə edərək vurğulamışdır ki, türk diasporası digərindən fərqli olaraq “mən və başqaları” prinsipinə əsaslanmamış, “Türk milli kimliyi sonradan uydurulan travma” vasitəsilə məhdudlaşdırılmamışdır.  Müəllif  həmçinin 1915-ci il hadisələrinin soyqırım kimi qəbul edilməsinə yönəlmiş kampaniyanın iqtisadi nəticələrinə də deyinmişdir. Belə ki, Ermənistan və Türkiyə sərhədlərinin bağlı olması turizm və ticarətə böyük itkilər vermişdir. O cümlədən, Azərbaycandan Türkiyəyə uzanan enerji xəttlərindən Ermənistanın kənarda qalması onu regional enerji bazarından xaric etmişdir. 
Erməni diasporasında milli kimliyin formalaşması baxımından Cannonun bu kitabı bir ilkdir. Bu kitab tarixi kitab deyil, diasporadakı erməni siyasi təşkilatlarının hansı şəkildə yaranmasının geniş şəkildə ələ alması və mövzudan xəbərsiz olan əcnəbilərə əlçatanlığı baxımından dəyərli əsərdir.

Sizin Reklam Yeriniz