Əlaqə Arxiv
news Image
2017.06.03
21:42
| A A A
Putin: "NATO-dakı dövlətlər ancaq vassallardır"

Rusiya Federasiyasının prezidenti Vladimir Putin NATO-nu ABŞ-ın xarici siyasətinin aləti adlandırıb.

Movqe.az report-a istinadən bildirir ki, dövlət başçısının rejissor Oliver Stouna müsahibəsini "Politico" nəşri yayıb.
Putin bildirib ki, alyansdakı dövlətlər ABŞ-ın vassallarıdır. "Bu gün o, (NATO - "Report") ABŞ-ın xarici siyasət alətidir. Orada müttəfiqlər yoxdur, ancaq vassallar var" - deyə prezident qeyd edib.
Kreml rəhbəri bununla yanaşı vurğulayıb ki, hansısa ölkə NATO üzvü olduqda o, alyansın iri ölkəsi - lideri ABŞ-ın təzyiqlərinə çətinliklə müqavimət göstərə bilir.
"Orada hər şey çox asanlıqla peyda olur. Nə lazımdırsa - raket əleyhinə sistemlər, yeni bazalar və əgər tələb olunsa, yeni zərbə kompleksləri" - deyə Rusiya lideri əlavə edib.

Sizin Reklam Yeriniz