Əlaqə Arxiv
news Image
2017.06.05
10:44
| A A A
Novruz Məmmədov: "Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkan var"

"Beynəlxalq aləmdə böyük gərginliyin olmasına baxmayaraq, biz düşünürük Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkan var".

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, bunun ən mühüm sübutlarından biri kimi Donald Trampın Azərbaycan prezidentinə son iki həftədə iki məktubunu göstərmək olar.

"Bu məktublarda münasibətlərdə yeni səhifənin açılması üçün nə qədər imkanların olduğu görünür", - deyə o qeyd edib.

Sizin Reklam Yeriniz