Əlaqə Arxiv
news Image
2017.06.05
15:55
| A A A
XİN: Türkiyə Qətərlə ərəb ölkələri arasındakı böhranın həllinə kömək etməyə hazırdır

Türkiyə Qətər və onunla diplomatik münasibətləri kəsən ərəb ölkələri arasındakı böhranın həlli üçün kömək etməyə hazırdır.

Movqe.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Bəhreyn, Yəmən və Liviyanın bu qərarı Türkiyəni məyus edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.

trend

Sizin Reklam Yeriniz