Əlaqə Arxiv
news Image
2017.06.07
09:55
| A A A
Ermənistan indii də Rusiyaya qarşı çıxmağa başlayır
Qabil Hüseynli: “Erməni mətbuatında yer alan bu xəbərlər qeyri-səmimidir” İlqar Vəlizadə: “Müharibə başlasa, Rusiya açıq şəkildə Ermənistanın tərəfini tutmayacaq”

Ermənistanda Dağlıq Qarabağda müharibənin yenilənəcəyi və bu dəfə Rusiyanın Azərbaycana kömək edəcəyi haqda müzakirələr başlayıb. Ermənistan mediası bir müddətdi açıq şəkildə anti-Rusiya yönümlü yazılarla çıxış edir. Bütün bunlar isə hakimiyyətdən gələn sifarişlə həyata keçrilir. İlkin baxışda yaranmış durumda Ermənisanın Rusiyaya qarşı çıxdığını demək olar. 

Politoloq Qabil Hüseynli hesab edir ki, erməni mətbuatında yer alan bu xəbərlər qeyri-səmimi və böyük təxribatçı xarakteli informasiyalardır: “Reallıq isə odur ki, ermənilər müharibəyə hazırlaşır. Bu zaman da Azərbaycanı aldatmaq üçün müxtəlif dezinformasiyalı məlumatlar yaymaqda davam edirlər. Əgər Ermənistanla Azərbaycan arasında müharibə başlayacaqsa, Rusiyanın Azərbaycanı müdafiə etməsi məsələsi kifayət qədər şübhəlidir. Çünki ermənilərə pulsuz silah ötürən də, Ermənistanla qoşunlarını birləşdirib onun rəhbəri vəzifəsinə erməni gətirən də Rusiyadır. Əgər belə olmasa idi, Dağlıq Qarabağ problemi çoxdan həll edilmişdi. Probleminin istənilən cür həlli istiqamətində başlıca maneə Rusiyadır. Bu maneə qalmaqda davam edir. Odur ki, ermənilərin yaratdığı illuziyalara inanmaq lazım deyil”. 
Digər siyasi şərhçi İlqar Vəlizadə də bunların hamısının heç bir əsası olmayan boş söhbətlər olduğunu deyir: “Çünki Azərbaycanla Ermənistan arasında müharibə başlasa, Rusiya açıq şəkildə nə Azərbaycanı, nə də Ermənistanı dəstəkləyəcək. Ona görə də Ermənistan cəmiyyətində bu cür fikir formalaşıb ki, Rusiya Ermənistanı dəstəkləmirsə, deməli, Azərbaycanın tərəfindədir. Ancaq Rusiyanın marağı hər iki ölkə ilə münasibətləri bərabər səviyyədə saxlamaqdır.  Baxmayaraq ki, Ermənistan Rusiyanın müttəfiqidir, regionda Rusiya üçün Azərbaycan da strateji əhəmiyyət kəsb edir. Ona görə də Rusiya indi Azərbaycan ilə münasibətlərini pozmaq istəməz. Odur ki, müharibə başlasa, Rusiya açıq şəkildə Ermənistan tərəfini tutmayacaq. 
Ötən illərin təcrübəsi göstərir ki, Rusiyanın qismən neytral mövqe tutması Azərbaycanın şanslarını artırır. Azərbaycan Ermənistandan daha güclüdür. O baxımdan Ermənistan əməli yardım almasa, mütləq məğlubiyyətə uğrayacaq. Ona görə də Ermənistanda hazırda təşviş əhval- ruhiyyəsi hökm sürməkdədir”. 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz