Əlaqə Arxiv
news Image
2017.06.07
13:56
| A A A
İran dövlət televiziyası: Xomeyninin türbəsinin ərazisində daha bir kamikadze özünü partladıb

Tehranda İmam Xomeyninin türbəsinə silahlı hücum edənlərdən ikisi qadın olub.
 
Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qadınlardan biri özünü partladıb, ikincisi isə tutulub.
 
Silahlı şəxslərdən birini hüquq-mühafizə orqanlarının əməkdaşları öldürüb, digəri isə sianid turşusu içərək özünü öldürüb.
 
Hadisənin bəzi təfərrüatları da açıqlanıb. Məlum olub ki, hücum edənlərdən 3 nəfəri ətrafdakılara atəş açıb, biri isə üzərindəki partlayıcını işə salıb.
 
Hadisə nəticəsində 1 nəfər ölüb, beş nəfər yaralanıb.
 
İran dövlət televiziyası isə Xomeyninin türbəsinin ərazisində daha bir partlayışın baş verdiyi barədə məlumat yayıb. Məlumatda kamikadzenin özünü partlatdığı bildirilir. Ölən və yaralananlar barədə xəbər verilmir.
 
Qeyd edək ki, eyni vaxtda İran parlamentinə də silahlı hücum olub. Nəticədə 7 nəfər ölüb. Silahlı şəxslər 4 nəfəri hələ də girov saxlayırlar.  

Sizin Reklam Yeriniz