Əlaqə Arxiv
news Image
2017.06.08
08:00
| A A A
Müxaliflər yenə maliyyə mənbələrini gizlədir
Elşən Manafov: “Mövcud qanunvericiliyə görə, siyasi partiyaların kənardan maliyyə dəstəyi alması cinayət məsuliyyəti daşıyır” Mais Səfərli: “Radikal müxalfət qanundan yan keçməyə adət edib”

Əfqan Muxtarlının və Gözəl Bayramlının həbsinə baş prokurorluq səviyyəsində də reaksiya verildi. Baş prokuror Zakir Qaralov bildirdi ki, müxalif siyasi partiyalar və bir sıra qeyri-hökumət təşkilatları (QHT) maliyyə şəffaflığı tələblərini pozur: “Özünü müxalifət adlandıran, heç bir hüquqi qeydiyyatdan keçməyən QHT-lər, siyasi partiyalar aldığı qrantlar barədə məlumat vermirlər. Biz də məcbur olduq ki, bir sıra tədbirlər görək. Bu sahədə Azərbaycanda qanunvericilik təkmilləşdirilib. Onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda həmin pulları ala bilmirlər. Ona görə də digər ölkələrdə hesablar açmaqla bunu həyata keçirirlər. Bu da qanunsuzdur”. 

Diqqəti çəkən məqam budur ki, müxalifət etdiyi əməlin cinayət tərkibi daşıdığını bilsə də, ondan əl çəkmir.  Siyasilər bunu müxtəlif səbəblələr izah edirlər.
Milli Dirçəliş Hərəkatı Partiyası rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Elşən Manafov bildirdi ki, bu məsələyə ilk növbədə ölkənin hüquq mühafizə orqanları aydınlıq gətirməlidir: “Azərbaycandakı stabillik ölkə rəhbərliyinin tam nəzarəti altındadır. Ölkədə hakimiyyətlə müxalifət arasında münasibətlər qanunverciliyin müəyyən etdiyi münasibətlər üzərində qurulub. Amma müxalifətin məlum qolunun fərqli vəziyyət yaratmaq üçün atdğı addımlar həqiqətən də vəziyyəti dəyişmək iqtidarında deyil. 
Postsovet məkanında məlum dövlətlərin maliyyə dəstəyi ilə rəngli inqilablar həyata keçirilib. Ukraynadakı Maydan hərəkatına ABŞ milyonlarla dollar vəsait xərclədi. Həmin vəsaitlərlə müqayisədə Azərbaycan müxalifətinin məlum şəxslərinin ölkəyə göstərilən məbləğdə vəsait gətirməsi ən uzağı bəzi şəxslərin şəxsi maraqlarının həllinə yönələ bilər. Həmin məbləğlə ölkədə stabilliyi pozmaq, dövlət çevrilişinə cəhd göstərmək mümkün deyil. Ötən il keçirilən referendum göstərdi ki, xalq ölkənin ali qanununa dəyişiklik edilməsinə dəstək verdi. Bu sahədə müxalifətin məlum qanadının ata biləcəyi addımlar hansısa nəticə verməyəcək. 
Düzdür, stabilliyin pozulmasında bəzi dövlətlərin müəyyən qruplarının marağı var. Bu mənada hüquq mühafizə orqanlarının həmin məsələyə aydınlıq gətirməsi əsas vəzifələrdən biri olmalıdır. Çünki mövcud qanunvericiliyə görə, siyasi partiyaların kənardan maliyyə dəstəyi alması cinayət məsuliyyəti daşıyır”.
Yurddaş Partiyasının sədri Mais Səfərli bildridi ki, bu məsələ ilə əlaqədar istintaq gedir: “Ona görə də hadisə ilə bağlı geniş danışmağa lüzum yoxdur. İstintaq prosesi bütün faktları üzə çıxaracaq. Amma fakt olmasa, istintaq predmeti ola bilməz. Onların niyə belə etməsinin də səbəbi aydındır. 
Görünür, radikal müxalfət qanundan yan keçməyə adət edib. Bu zaman da qanunun sərt üzünü gördükdə hay-küy salmağa cəhd edirlər. Azərbaycanı sevməyən dövlətlərə, bir sıra beynəlxalq təşkilara Azərbaycana təzyiq göstərmək üçün bu kimi səbəblər lazımdır. Yəni, təkcə öz niyyətlərini gerçəkləşdirmək yox,  eyni zamanda Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən təşkilatlara dəstək olmuş olurlar”. 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz