Əlaqə Arxiv
news Image
2017.06.12
10:46
| A A A
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb

Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış anlaşma memorandumuna müvafiq olaraq iyunun 12-dən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələri qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a  verilən məlumata görə, təlimlərin məqsədi Silahlı Qüvvələrin təcrübə mübadiləsi vasitəsilə qoşunların koordinasiyanı inkişaf etdirmək, birgə əməliyyatları keçirmək qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Təlimlər iyunun 16-dək davam edəcək.

Sizin Reklam Yeriniz