Əlaqə Arxiv
news Image
2017.06.13
17:12
| A A A
Ərdoğan: Qətəri günahkar çıxartmağın bölgəyə heç bir faydası yoxdur

Qətər terrora dəstək verən deyil, əksinə, bölgəmizdə çox ciddi bir böhrana səbəb olan İŞİD-ə qarşı Türkiyə ilə birlikdə mübarizə aparan ölkədir.

Movqe.az-ın məlumatına görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib: "Xahiş edirəm, bir-birimizi aldatmayaq. İftira kampanyaları ilə Qətəri günahkar kimi göstərməyin bölgəyə heç bir faydası yoxdur. PYD ve YPG PKK-nın qanadlarıdır. Onlara verilən silahların ölkəm üçün təhdid olmadığına kim zəmanət verə bilər?"

R.T.Ərdoğan əlavə edib ki, bu gün Fransa Prezidenti və Qətər Əmiri ilə birlikdə üçtərəfli telekonfrans təşkil ediləcək.

Türkiyə Prezidenti vurğulayıb ki, Səudiyyə Ərəbistanı Kralı Körfəzin lideri olaraq bu işi həll etməlidir.

Trend

Sizin Reklam Yeriniz