Əlaqə Arxiv
news Image
2017.06.16
15:40
| A A A
ABŞ və Qətər Hərbi Dəniz donanmaları birgə təlim keçirir
ABŞ Hərbi Dəniz Donanmasının iki gəmisi manevrdə iştirak etmək üçün Qətərin Həmad limanına yan alıb

ABŞ və Qətər Hərbi Dəniz donanmalarının gəmiləri iyunun 17-də Qətərin su ərazisində birgə hərbi təlim keçirməyə başlayıb.

“Movqe” RİA "Novosti”yə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Donanmasının iki gəmisi manevrdə iştirak etmək üçün Qətərin Həmad limanına yan alıb.
Hərbi tədbir əvvəlcədən planlaşdırılıb və Qətər ətrafında yaranan böhranla heç bir əlaqəsi yoxdur.
Qeyd edək ki, ötən gün ABŞ-la Qətər arasında “F-15” reaktiv qırıcı təyyarələrinin tədarükünə dair 12 milyard dollarlıq müqavilə imzalanıb. Halbuki bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp ölkəsinin müttəfiqi Qətəri “yüksək səviyyədə terrorçuluğu himayə etməkdə” ittiham etmişdi. Ağ ev rəsmisinin ittihamı Qətərin terrorçulara öz vətəndaşını girovluqdan azad etmək üçün 1 milyard dollar verməsinə əsaslanırdı. Rəsmi Doha isə ünvanına deyilən ittihamları təkzib edib.
Xatırladaq ki, ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazası Qətərdə yerləşir. Orada 10 minə yaxın ABŞ hərbçisi xidmət edir. Bu hərbi baza ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın terrorçu İŞİD qruplaşmasına qarşı mübarizəsində əsas rollardan birini oynayır.
Yeri gəlmişkən, Qətəri boykot edən ərəb dövlətlərinə başçılıq edən Səudiyyə Ərəbistanı isə bu ilin may ayında ABŞ-la 110 milyard dollarlıq silah müqaviləsi imzalayıb. 

Sizin Reklam Yeriniz