Əlaqə Arxiv
news Image
2017.06.21
12:43
| A A A
Hikmet Eren: "Ermənistanın Azərbaycanla müharibə aparmaq üçün nə maddi,nə də insanı resursları var"

Ermənistanın sülhdən başqa yolu yoxdur.Bunu Türkiyənin nüfuzlu Qeyri-Hökümət Təşkilatlarından olan Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri dr. Hikmet Eren cəbhə bölgəsində vəziyyətin gərginləşməsini şərh edərkən bildirib.Hikmet Eren cəbhə bölgəsində vəziyyəti gərginləşdirən rəsmi İrəvan olduğunu qeyd etdi. "Ermənistanın daxilində siyasi vəziyyət gərgindir. Sarkisyan hakimiyyəti vəziyyətə nəzarət edə bilmir. Sarkisyan hakimiyyəti bu gün cəbhədə vəziyyəti gərginləşdirməklə,diqqətə yayındırmağa çalışır. Ortada gerçək bir fakt var: Ermənistanın Azərbaycanla müharibə aparmaq üçün nə maddi, nə də insanı resursları var. Azərbaycan Qarabağ üzərində tam hüququna bərpa etmək gücünə malikdir.
Ermənistan münaqişənin həllinə nə qədər çox səy göstərsə, bir qədər çox qazanacaq. Əkshalda Ermənistan itirəcəyi çox şey var. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir".
H.Eren Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı danışıb. "Bu gün iki qardaş ölkə beynəlxalq arenada birgə və ortaq hərəkət edirlər. İqtisadi-sosial və mədəni əlaqələrlə yanaşı, hərbi əlaqələrimiz inkişaf edir. İki ölkənin siyasilərinin qarşılıqlı səfərləri və imzalanan sazişlər əlaqələrimizi daha da möhkəmləndirir. Çünki əlaqələrimizin ana mənbəyində Türk dünyasının böyük övladı Heydər Əliyevin məşhur "Bir millət,iki dövlət" şüarı durur".

Sizin Reklam Yeriniz