Əlaqə Arxiv
news Image
2017.06.21
17:12
| A A A
Ədliyyə Nazirliyi Akif Çovdarovun səhhəti ilə bağlı vəkillərin fikirlərinə münasibət bildirib

Ədliyyə Nazirliyi ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun vəkillərinin onun səhhətində yaranmış problemlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
 
Movqe.az-ın xəbərinə görə, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov deyib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin peşəkar həkim - mütəxəssislərinin Akif Çovdarovun səhhətinə hər zaman həssas yanaşırlar.
 
“Bu məsələyə tam məsuliyyətlə yanaşılır. Müraciətlər olunursa, heç vaxt reaksiyasız qalmır”, - deyə o vurğulayıb.  
 
Qeyd edək ki, A. Çovdarovun vəkilləri onun səhhətində problemlərin olması ilə bağlı Ədliyyə Nazirliyinə etdikləri müraciətlərin cavabsız qaldığını bildirmişdilər. 

APA

Sizin Reklam Yeriniz