Əlaqə Arxiv
news Image
2017.06.23
16:27
| A A A
Deputatlarımız spikerin rəhbərliyi ilə Koreyaya gedir

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iyunun 26-da Koreya Respublikasına rəsmi səfər edəcək.

Milli Məclisdən Movqe.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Ülviyyə Ağayeva, Xanlar Fətiyev, Malik Həsənov, İqbal Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər zamanı O.Əsədov ölkənin baş naziri və Milli Assambleyanın spikeri ilə görüşərək parlamentlərarası münasibətlərin inkişaf perspektivləri, ikitərəfli əlaqələrin daha da dərinləşməsi barədə danışıqlar aparacaq.

Spiker Seulda keçirilən Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsinə qatılacaq. Tədbirdə “Avrasiya regionunda birgə rifah naminə parlamentlərarası əməkdaşlığın təşviqi” mövzusunda dinləmələr keçiriləcək. Müşavirədə Milli Məclis sədrinin çıxışı gözlənilir. Tədbirin sonunda Seul Bəyanatı qəbul ediləcək.

O.Əsədovun müşavirədə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Səfər iyunun 28-də başa çatacaq.

Sizin Reklam Yeriniz