Əlaqə Arxiv
news Image
2017.06.25
09:25
| A A A
Ərdoğan bayram namazında huşunu itirdi - TƏCİLİ YARDIM ÇAĞIRILDI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəkərdən qaynaqlanan təzyiqlə bağlı qısa müddətdə huşunu itirib.
 
“Hürriyet” qəzetinin verdiyi məlumata görə, bu gün səhər saatlarında bayram namazı ilə bağlı İstanbulda Memar Sinan məscidinə gələn R. T. Ərdoğan huşunu itirib.
 
Məscidə təcili tibbi yardım briqadası çağırılıb. Həkimlərin müdaxiləsindən sonra R. T. Ərdoğan özünə gəlib. Məsciddən çıxan Türkiyə prezidenti jurnalistlərə açıqlamasında səhhətin normal olduğunu, şəkərdən qaynaqlanan təzyiqlə bağlı səhhətində qısa müddətdə problem olduğunu bildirib və bunu yorğunluqla əlaqələndirib. 

Sizin Reklam Yeriniz