Əlaqə Arxiv
news Image
2017.06.29
21:00
| A A A
Saakaşvili: Poroşenko separatçı qurumu bəsləyir

Ukrayna Prezidenti Pyotr Poroşenko Abxaziya ilə əlaqələrə malikdir. Movqe.az xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Mixail Saakaşvili öz Feysbuk səhifəsində paylaşıb.

“Poroşenko 2010-2014-cü illərdə xarici işlər naziri, sonra isə iqtisadiyyat naziri olub. Vəzifədə olduğu müddət ərzində o, ölkəsinin beynəlxalq öhdəliklərə əməl etməsi baxımından müşahidə aparmalı idi. Maraqlı məqam odur ki, vəzifədə olduğu zaman onun şəxsi şirkətləri Rusiyanın işğal etdikləri Abxaziya ilə ticarət əlaqələri qururdular. Təəssüf ki, o zaman Poroşenko dövlət maraqlarını şəxs maraqlarına qurban vermişdi”, – deyə o bildirib.

Sizin Reklam Yeriniz