ABŞ bu ölkələrə qarşı sanksiyaları sərtləşdirdi
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreyaya qarşı birtərəfli sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Movqe.az Trend-ə istinadən xəbər verir ki, Nümayəndələr Palatasında qanun layihəsi səs çoxluğu ilə qəbil edilib. Belə ki, 419 səs qanun layihəsinin lehinə, 3 səs əleyhinə olub.
Qeyd edək ki, bundan sonra sənədə Senatda baxılmalıdır.