Əlaqə Arxiv
news Image
2017.08.03
09:30
| A A A
Ermənistanda milli azlıqların soyqırımı davam edir
Bu ölkədə yezidi kürdlərə gün verib, işıq vermirlər

XX əsrin əvvəllərindən etibarən əvvəlcə «Daşnaksütyun», daha sonra isə Sovet hökuməti planlı şəkildə Ermənistanda yaşayan azərbaycanlıları və digər milli azlıqları bir neçə mərhələdə deportasiya edib. Mərkəzi hökumətin dəstəyi ilə 1948-1953-cü illərdə 144.654 azərbaycanlı zorla Ermənistandan Azərbaycana deportasiya edilib. Ermənistanın  təzyiqlərinə baxmayaraq, 1989-cu ilə qədər bu ölkədə 200 mindən çox azərbaycanlı yaşayıb. Nəhayət, 1989-cu ilin sonlarına qədər Ermənistanda yaşayan bütün azərbaycanlılar zorla deportasiya edildi. 

Bu gün Ermənistanda azərbaycanlı yaşamır. Ermənistan azərbaycanlıları deportasiya etdikdən sonra milli azlıq problemini qəti olaraq həll etdi. Digər milli azlıqlar Ermənistan üçün təhdid olmasa da, hökumət müsəlman kürdlərə, yezidilərə, yəhudilərə, gürcülərə və digər milli azlıqlara təzyiq edir. Bu gün Ermənistanda yaşayan bütün milli azlıqlar cəmi 80 min nəfərdir. Bu milli azlıqların heç biri kompakt yaşamır və müxtəlif bölgələrə səpələniblər.
Ermənistanda yaşayan yezidilər özlərini yezidi etnik qrupu olaraq görür və kürd olduqlarını qəbul etmirlər. Ermənistanda yaşayan azsaylı müsəlman kürdlərlə bu məsələ ilə bağlı mübahisə davam edir. Müsəlman kürdlər yezidilərin də kürd olduqlarını, sadəcə, dini baxımdan yezidi olduqlarını iddia edirlər. Yezidilər isə kürd olmadıqlarını, əsillərinin Hindistanın Mumbayi əyalətindən olduğunu bildirirlər. Amma hər bir halda Ermənistanda yezidilərin günü göy əskiyə bürünüb. 
Statistikaya görə, Ermənistanda 1989-cu ildə 50.176 yezidi yaşasa da 2011-ci ildə onların sayı 35.308 nəfərə qədər azalıb.Ermənistan hökuməti milli azlıqların probleminin həll edildiyini iddia etsə də, əslində problemlər həll edilməyib, əksinə onlara qarşı təzyiqlər artıb. Hökumət milli azlıqların problemlərini həll etməyəcəyi təqdirdə onların sayının azalması və yaxud tamamilə asimilyasiyaya uğramaları ehtimalı olduqca yüksəkdir.
Təsadüfi deyil ki, avqustin 1-də Ermənistanın Araqatsotn vilayətində naməlum şəxs Şamiram kəndinin qəbiristanlığında yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş zala daxil olaraq mərasim iştirakçılarını gülləbaran edib. Şamiram kəndinin əhalisi yezidilərdir. Yüzlərlə insanın gözü qarşısında törədilən cinayətdə 4 nəfər ölüb, 7 nəfər yaralanıb. Ölənlərdən 3 nəfəri yaxın qohumlardır. Yaralılardan 3 nəfərinin də vəziyyəti ağırdır. Öldürülənlərdən ikisi yezidilərin milli ittifaqının sədri Aziz Tamoyanın qohumlarıdır. A.Tamoyan jurnalistin “Siz hadisənin səbəbləri haqda nə bilirsiniz?” sualına sədr hələlik bir söz deyə bilməyəcəyini bildirib. “Amma qatillə ölənlər arasında nifaq məsələsinə gələndə, arada heç bir narazılıq yox idi”,-deyə sədr ciddiyyətlə bildirib. Ermənistan hakimiyyəti isə qırğının borc pul üstündə baş verməsi haqda dövriyyəyə saxta versiya buraxıb. Halbuki polis 50 yaşlı erməni Kalaşyan haqda məlumat alıb və hər yanda gülləbarandan sonra yoxa çıxmış bu şəxsi axtarır. Amma polisin cinayətkarı tapacağı real görünmür. Çünki, ermənilər etnik qrupların axırına çıxmaq məsələsində əlbirdirlər və hay-küy salsalar da, işi əlaltdan ört-basdır edib, faktları gizlədirlər.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz