Əlaqə Arxiv
news Image
2017.08.03
12:59
| A A A
Trampın reytinqi ən aşağı səviyyəyə endi

ABŞ prezidenti Donald Trampın ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi ən aşağı həddə düşüb.

APA-nın xəbərinə görə, bu barədə Kvinnipeks Universitetinin apardığı sorğunun nəticəsində qeyd olunur.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 33%-i ABŞ prezidentinin fəaliyyətini müsbət, 61%-i isə mənfi qiymətləndirib.

Yanvarın 22-də keçirilən ilk sorğuda Tramp 45% müsbət və 45% mənfi rəy almışdı. ABŞ prezidenti Donald Trampın inauqurasiya mərasimi yanvarın 20-də keçirilib.

Sizin Reklam Yeriniz