Vyetnamın xarici işlər naziri Almaniyanın ittihamlarını qınayıb. Rəsmi Hanoy bildirlb ki, Vyetnam Almaniya ilə strateji əlaqələr qurmaq niyyətindədir.
Almaniya Vyetnamı keçmiş neft idarəçisini qaçırmaqda ittiham etmişdi. Almaniya xarici işlər naziri bəyan edib ki, PetroVyetnam neft şirkətinin keçmiş direktoru Trinh Suan Thanhı Vyetnam rəhbərliyi qaçırıb. Thanh Vyetnamda maliyyə pozuntularına görə ittiham edilməkdədir.
Berlin Vyetnamın kəşfiyyat zabitinin 48 saat içində Almaniyadan çıxmasını əmr edib və tələb edib ki, Vyetnam keçmiş direktoru Almaniyaya geri verilsin. Keçmiş direktor Almaniyadan sığınacaq istəmişdi və 24 iyulda onun bu tələbinə məhkəmə qərar verəcəkdi.
Vyetnamın xarici işlər naziri Le Thi Thu Hanq jurnalistlərə bundan dolayı üzgün olduğunu bildirib. “Vyetnam Almaniya ilə strateji əlaqələr qurmaq və bunu möhkəmləndirmək istəyir” – Hanq bəyan edib.
Almaniya xarici işlər naziri direktorun tutulması Almaniya və beynəlxaq hüququ pozmaq deməkdir. Thanh PetroVyetnam şirkətində 150 milyon dolların itirilməsində ittiham edilir.