Qazaxıstanda snayperlərin yarışı keçiriləcək (FOTO)
Bu gün “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində snayper cütlüklərinin yarışlarına start veriləcək.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, iki yarış günü ərzində snayperlər müxtəlif məsafələrdə hava hədəflərininin məhv edilməsi və digər bir sıra xüsusi tapşırıqları yerinə yetirəcəklər.
17 ölkənin komandasının iştirak etdiyi yarışlar avqustun 9-da sona çatacaq.