Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə Kosta Rikanın Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili Jairo López Bolañosu qəbul edib.
XİN-dən Movqe.az-a verilən məlumata görə, görüşdə J.L.Bolaños təyinatı və Kosta Rikanın Azərbaycanda səfirliyinin açılması ilə əlaqədar olaraq Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanzın Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova ünvanlanmış məktubunu təqdim edib.
Görüşdə Azərbaycan və Kosta Rika arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Kosta Rikanın Azərbaycanda səfirliyinin açılması ilə Azərbaycanda 64 ölkənin səfirliyi, 12 beynəlxalq təşkilatın nümayəndəliyi və 4 Baş Konsulluq fəaliyyət göstərir.