Əlaqə Arxiv
news Image
2017.08.08
12:38
| A A A
Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistan arasındakı çox uğurlu əməkdaşlıq dərinləşəcək

Bizim xalqlarımızı tarix birləşdirir. Biz əsrlər boyu bir yerdə yaşamışıq, dostluq etmişik, qardaşlıq şəraitində yaşamışıq. Bu gün isə iki müstəqil dövlət kimi uğurla inkişaf edirik. Sizin səfəriniz bizim əlaqələrimizə yeni dinamika gətirəcək. Biz bir sıra sahələrdə çox uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq dərinləşəcək.

Movqe.az-ın  məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşündə çıxışında deyib.

Dövlət başçısıs bildirib: "Siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat və digər sahələrdə inkişaf və əməkdaşlıq üçün çox yaxşı imkanlar var. Sizi bir daha səmimiyyətlə salamlayıram, “Xoş gəlmisiniz” deyirəm. Əminəm ki, səfəriniz çox uğurlu olacaq".

Sizin Reklam Yeriniz