Əlaqə Arxiv
news Image
2017.08.09
09:40
| A A A
Müxalifətin “qara mühasibatlığı”
Radikal siyasi partiyalar üzvlərinin sayını və maliyyə mənbələrini hələ də gizlədirlər

Prinsipcə, müxalifət müxalifətdir, daha bunu radikal və ya mötədil deyə bir neçə cəbhəyə ayırmağın mənası varmı? Belə görünür ki, var, çünki bizdə elə adamlar özünü müxalifət sayır ki, az qalır müxalifətə bütün rənglər daxil “alabəzək” müxalifət deyəsən. Nədəndir ki, onların illüstrativ obrazı həqiqətən zəngindir. Ancaq bu zənginliyi partiya daxılının dolu olması ilə paraflamaq olmaz. Çünki, əldə heç bir informasiya yoxdur. Elə informasiyanın olmaması da adamı şübhəyə salır və məcbur olursan əvvəl soruşasan ki, müxalifət partiyaların nə qədər pulu var, sonra da cavab almayıb düşünəsən ki, bunlar necə demokratlardır ki, maliyyə hesabatı vermirlər. 

Əvvəl say barədə. Çünki, həmişə bu müxalifətçilər, ələlxüsus da radikallar dad döyürlər ki, onların səslərini oğurlayıblar, camaata mane olublar və sairə. Amma heç vaxt bir siyahı gətirib göstərmirlər ki, məsələn, filan seçki məntəqəsində seçicilərin filan qədəri bizim partiyanın üzvləridir və onlar mütləq öz namizədlərinə səs veriblər. Ortada siyası mövqe, dəqiq ünvan və şəxsiyyət vəsiqəsinin nömrəsi olmayanda irəli sürülən iddialar böhtan sayılır. Müxalifətsə bundan çəkinmir. Sanki siyasi xəmirləri, inciməsinlər, böhtanla yoğrulub.
Elə bu sonuncu 8 aprel mitinqini götürək. Siftədən nə təhər, rus demiş, “razqom” götürmüşdülər ki, deyirdin bəs, vəssalam, daş-daş üstə qalmayacaq. Amma sonda neçə-neçə təşkilat stadiona 1500 nəfəri güclə yığdı. Deyilənə görə, bu biabırçılığı əvvəldən bilənlər mitinq söhbətini yığışdırmağı məsləhət görsələr də, başda outran bəzi zatlar onu təkidlə keçirməyə çağırıb və istədiklərinə nail olublar. Heç demə, həmin zatlar üçün siyasi fəaliyyətlə keçmiş kolxoz, indiki “8-ci km” bazarında alver eləməyin arasında heç bir fərq yox imiş. Yəni.., xaricdən babat hesab göndərilibmiş və bu səbəbdən “ağa”lara verilən vəd yerinə yetirilməliymiş Siz elə bilməyin ki, ey, bu hesablar elə-belə məzə üçün verilir. Yox, hər göndərilən pulun ciddi haqq-hesabı var. Xalqa verilmədiyinə baxma, xarici bosslara mütləq hesabat verilir. Özü də natural şəkildə, yəni mitinq-filan keçirməklə. Nədəndir ki, xaricdən göndərilən hər bir məbləğin konkret təyinatı olur. Məsələn, mitinq keçirmək, bərkdən çığırmaq, böhtan atmaq, faktları təhrif etmək və sairə.
Bütün bu səbəblərdən də radikal müxalifət üzvlərinin sayını və maliyyə mənbələrini, habelə maliyyə hesabatını xalqdan gizlədir.   
Bir müddət əvvəl qonşu Gürcüstandan tranzit yolla Azərbaycana sərhəddən keçərkən bəyannamədə elan olunmayan iri məbləğdə vəsait keçirmək istəyən radikal müxalifətçi saxlanılıb və həbs edilib. Araşdırma gedir. Və məlum olur ki, bunlar niyə Gürcüstanın yolunu “su yoluna” döndəriblər. Heç demə, buy olla müxalifətə xaricdən ötürülən pulların tranzit daşınması həyata keçirilirmiş. Bu da pul və say üzərində gizlənqaç oyununun bir səbəbi. 
Hə.., belə-belə işlər… Belə getsə, heç nə… Radikallar həyat səhnəsindən itəcəklər. Bunlara olan inam itib, yenə özlərinə yığışmayıblar, deyəsən, özləri özlərini itirəndən sonra nəsə bir mövqeyə gələcəklər, amma onda da gec olacaq.

N.NOVRUZ 

 

 

Sizin Reklam Yeriniz