Türkiyə-İran sərhədində divarın tikintisi nə zaman yekunlaşacaq?
Türkiyə-İran sərhədində divarın tikintisi qışa qədər yekunlaşacaq.
Movqe.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri xəbər yazıb.
Məlumata görə, Ağrı və İğdır vilayətlərində sərhəddə ucaldılacaq bu divarın uzunluğu 143,8 kilometr təşkil edəcək. Divarın eni 2 metr, hündürlüyü isə 3 metr olacaq.Qeyd edək ki, daha öncə Türkiyə Suriya ilə sərhəddə 239 kilometrlik divar ucaldıb.