Əlaqə Arxiv
news Image
2017.08.30
08:00
| A A A
Ermənistan Qarabağ məsələsində tam təklənir
Konkret fəaliyyət planından qaçmağa çalışan İrəvan siyasiləri indi bunun üçün bəhanə belə tapmırlar

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoqlandın Qarabağ münaqişəsi ilə bağlı son açıqlamaları Ermənistanda böyük ajiotaj yaradıb. Burada hesab edilir ki, artıq Azərbaycan  Qarabağ danışıqlarında istədyinə nail olub. Rusiya və ABŞ İrəvandan üz döndərib. 

Siyasi dairələrdə Azərbaycan XİN rəhbərinin Edvard Nalbandyanı çətin vəziyyətə salması barədə də müzakirələr gedir və bunu məğlubiyyətin başlanğıcı kimi qiymətləndirirlər. Elmar Məmmədyarov erməni xarici işlər nazirinin R.Hoqlandın xatırlatdığı prinsiplər üzrə verdiyi ilk “burada təhlükəli bir şey yoxdur” bəyanatına görə demişdi ki, əgər Ermənistan tərəfi bu prinsiplərlə razıdırsa, onda substantiv danııqlara başlamaq olar. Erməni ekspertlərin fikrincə, Məmmədyarov Nalbandyanı onun öz dilindən tutub və küncə qısnayıb. 
Bütün bunların fonunda Naxçıvanda Azərbaycanın hərbi gücünün xeyli artması, Türkiyədən bu ölkənin Avrasiya İqtisadi Birliyinə üzv ola biləcəyi barədə atmaca səsləndirilməsi İrəvanda ölkənin təklənməsi kimi başa düşülür. Naxçıvanı ermənilər açıq-aşkar özlərinə ciddi təhlükə sayırlar. Türkiyənin fəallığını artırması isə onlara Rusiyanın “satqınlığı” təsirini bağışlayır. Belə ki, erməni siyasi analitikləri bunu ermənilər əleyhinə yönəlmiş Türkiyə-Rusiya iş birliyi sayır və bildirirlər ki, Hoqlandın qaldırdığı köhnə prinsiplərlə bu iş birliyinə qarşı durmaq olar. Yəni, prosesə ABŞ-da yaxından qoşulur və bu ölkənin fəallaşması ermənilərin lehinə işləyəcək. 
Bu cür debatlar sərgiləyən İrəvan ekspertləri Riçard Hoqlandın xatırlatdığı 6 prinsipin mahiyyətini saxtalaşdırmaqdan da çəkinmir və bu işdə hamilərinə arxalanırlar. Qloballaşma və regional əməkdaşlıq mərkəzinin rəhbəri Stepan Qriqoryan situasiyadan çıxmaq üçün Minsk qrupunun həmsədrlərinə təzyiqi artırmağı təklif edir: “Biz ATƏT MQ-nin üzvlərindən etimad tədbirlərinin gücləndirilməsini tələb etməliyik. Axı, bu barədə Hoqland və Zaxarova daha əvvəlcədən danışmışdılar”. Ancaq Riçard Hoqlandın bu məsələnin əbəs olduğunu və xeyir verməyəcəyini ermənilər yada salmaq belə istəmirlər.   
Bu məsələlərlə yanaşı, Ermənistanın payızda Aİ ilə hərtərəfli və genişləndirilmiş əməkdaşlıq haqda müqavilə imzalamaq niyyəti də gündəmi zəbt edib. Çünki, bu müqavilə Kremlin İrəvana münasibətinin menzurkası rolunu oynaya bilər. Bu da öz növbəsində Qarabağ münaqişəsinin həllinə təsir edər. Soçidə Rusiya prezidentinin qəbuluna çağırılan Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra ekspertlər Aİ ilə müqavilənin taleyinin 2013-cü il və ya Ukraynada bu hadisə üzərində baş vermiş işğalla bağlı paralellər aparmağa başladılar. Ancaq bu günlərdə Sarkisyan gənclərlə görüşündə bildirib ki, Ermənistan Aİ ilə payızda gözlənilən müqaviləni imzalayacaq. Bu vəd onu göstərir ki, ya Sarkisyan özünü qurban vermək həddinə çatacaq qədər isterik vəziyyətdədir, ya da qarşıda bu məsələni əngəlləyəcək hansısa oyun durur. Bunun bir variantı da Sarkisyanın siyasi karyerasının bitməsi ola bilər. Amma hər 3 halın Qarabağ münaqişəsinin həllində rol alacağı şəksizdir. Çünki, Sarkisyan indiyədək törətdiyi əməllərə görə arxasındakı bütün körpüləri yandırıb. O, sülh missiyası daşımaq imkanlarını  çoxdan məhv edib. Buna görə də danışıqlar stolunda erməni nümayəndənin dəyişilməsi günün zərurətinə çevrilib. 2018-ci ilin aprelində baş nazir postunu tutacaq şəxs yeni nümayəndə qismində çıxış edəcək. Çox güman ki, bu adam Sarkisyan olmaycaq.
Beləliklə, keçmiş həmsədr Hoqlandın yaddaşları silkələyən açıqlamalarının hansısa tərpənişə səbəb olacağı gözləniləndir və istiqamətdə Azərbaycanın mövqeyi həmişəki kimi açıq olduğundan düşmən mövqeyini üstələyir.

N.NOVRUZ 

 

Sizin Reklam Yeriniz