Əlaqə Arxiv
news Image
2017.10.03
09:42
| A A A
Las-Veqas qətliamçısı ilə bağlı yeni faktlar

Las-Veqas polisinin nümayəndəsi mətbuat konfransında bildirib ki, Stiven Peddokda 40-dan çox silah olub. “Biz 23 odlu silahı “Mandalay Bay” otelində, 19 odlu silahı Meskitdə, Stiven Peddokun evində aşkar etdik”, - deyə polis nümayəndəsi qeyd edib.

Movqe.az xəbər verir ki, "RİA Novosti"-nin məlumatına görə, Las-Veqas polisi 64 yaşlı Stiven Peddokun hadisəni törədən yeganə cinayətkar olması versiyasının tərəfindədir. Polis zabiti deyib: “Bilirik ki, KİV-lərdə və sosial şəbəkələrdə müxtəlif şayiələr yayılıb. Lakin əlimizdə həmin şayiələri təsdiqləyən informasiya yoxdur”.

Xatırladaq ki, insident bazar günü gecə saatlarında “Mandalay Bay” otel-kazino kompleksi ilə aeroport arasındakı meydançada keçirilən musiqi festivalında baş verib. Hadisə vaxtı orada on minlərlə insan olub. Kütləvi qətldə şübhəli bilinən yerli sakin, 64 yaşlı Stiven Peddok polis tərəfindən saxlanılarkən özünü öldürüb. Cinayətkar festivalı izləyən insanları otelin 32-ci mərtəbəsindən atəşə tutub. Onun törətdiyi silahlı insident nəticəsində ölənlərin sayı 59-a çatıb. Habelə 527 nəfər yaralanıb.

azvision.az

Sizin Reklam Yeriniz