Türkiyə ordusu 4 şəhid verdi
Türkiyənin Hakkari əyalətinin Yüksəkova rayonunda terrorçular hərbçilərə hücum edib.
Movqe.az azvision.az-a istinadən xəbər verir ki, terrorçu PKK qruplaşmasının üzvləri hərbçilərin olduğu avtomobilə əl qumbarası atıblar. Partlayış nəticəsində 4 hərbçi şəhid olub, 4-ü yaralanıb.
Yaralılar dərhal Yüksekova dövlət xəstəxanasına aparılıblar. Hazırda ərazidə terrorçuların tutulması istiqamətində əməliyyat keçirilir.