Əlaqə Arxiv
news Image
2017.10.06
10:38
| A A A
“Prezidentlərin görüşündə 5 rayonun qaytarılması məsələsi qaldırılacaq” - Aleksandr Duqin

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yalnız Rusiyanın “Lavrov planı” adlandırılan təklifi əsasında həll oluna bilər”.

Movqe.az xəbər evrir ki, bu sözləri “Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri Aleksandr Duqin deyib.

Kremlin strateqlərindən biri hesab olunan Duqin erməni mətbuatına verdiyi müsahibədə deyib ki, prezidentlərin görüşü çox vacibdir, çünki Erməni-Azərbaycan münasibətlərində vəziyyət o həddə çatıb ki, artıq problemin həlli mümkünsüz hala gəlir: 

“Bu böranın həllinə nail olmaq lazımdır. Hesab edirəm, prezidentlərin görüşündə Qarabağın 5 rayonun azad edilməsi məsələsi qaldırılacaq, ancaq problem ondadır ki, Ermənistanın nəzarətində olan 5 rayonun Azərbaycana qaytarılması həm Ermənistan, həm Rusiya, həm də Azərbaycan mətbuatında yanlış işıqlandırılır. Güzəştsiz bir mövqe formalaşdığına görə bu barədə həm Ermənistan, həm Rusiya, həm də Azərbaycanda danışmaq çox çətindir. 

Məsələn, erməni mətbuatında Ermənistanın milli maraqlarına xəyanət fikri üstünlük təşkil edir. Azərbaycan mətbuatında bunu, əksinə, qələbə kimi dəyərləndirirlər. Rusiya mətbuatında isə bu plana heç kim ciddi münasibət bəsləmir. Mənim fikrimcə, plan çox yaxşı hazırlanıb və jurnalistlərin də bunu düzgün təqdim etməsi çox vacibdir".

azvision.az

Sizin Reklam Yeriniz