Əlaqə Arxiv
news Image
2017.10.06
16:33
| A A A
Həmsədrlər Ermənistanın xarici işlər naziri ilə görüşdülər

Həmsədrlər Ermənistanın xarici işlər naziri ilə görüşdülər

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer,  İqor Popov, Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistana səfər ediblər.

Movqe.az APA-ya istinadən xəbər verir ki, diplomatlar Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.
 
Görüşdə tərəflər Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkilini müzakirə ediblər. Bundan başqa, münaqişə zonasındakı vəziyyət, problemin sülh yolu ilə nizamlanmasına dair səylər müzakirə olunub.

Sizin Reklam Yeriniz