Lukaşenko Azərbaycanın müdafiə naziri ilə hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edib
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib.
Movqe.az-ın məlumatına görə, görüş zamanı iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Belarus Prezidenti həmçinin, iki xalqın qardaşlıq münasibətlərini də vurğulayıb: “Biz azərbaycanlılara çox böyük hörmətlə yanaşırıq. Biz Azərbaycana və onun xalqına daha da firavan və təhlükəsiz yaşayışı üçün öz köməyimizi etməyə hazırıq. Biz yalnız bu nəcib məqsədləri izləyəcəyik”.