Cəzaların humanistləşdirilməsinə dair layihə oktyabrın 20-də MM-də müzakirəyə çıxarılacaq
Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş Cinayət Məcəlləsinə cəzaların humanistləşdirilməsi üzrə əlavə və dəyişikliklər layihəsi plenar iclasa tövsiyə olunub.
Movqe.az-ın məlumatına görə, layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Layihədə yeni cəza növünün - azadlığın məhdudlaşdırılması cəzasının tətbiq olunması, bəzi cəza növləri üzrə azadlıqdan məhrumetmənin maliyyə sanksiyaları ilə əvəzlənməsiylə birlikdə 300-dən çox dəyişiklik, o cümlədən 34 cinayət üzrə cəzanın müddətinin azaldılması təklif edilir.
APA