Əlaqə Arxiv
news Image
2017.10.11
18:43
| A A A
Sarkisyan prezidentlərin görüşündə yatdı

Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın Soçi şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında diqqətləri özünə çəkib.

Diqqətçəkən məqam Sarkisyanın çıxışı yox, yuxuya getməsi olub.

Belə ki, Tacikistan prezidenti İmaməli Rahmon çıxış edən zamanı Sarkisyanın yatması gözdən yayınmayıb. Görüşü işıqlandıran operator Sarkisyanın yatmasını ümumi planda efirə verib.

Azvision.az xatırladır ki, bu, Sarkisyanın rəsmi iclaslarda yatması ilə bağlı ilk hal deyil. Belə ki, Belarusun paytaxtı Minskdə MDB Dövlət başçıları Şurasının Sammitində və ATƏT-in iclasında da erməni prezident yatması ilə gündəmə gəlib.

Sizin Reklam Yeriniz