Əlaqə Arxiv
news Image
2017.10.12
18:49
| A A A
Aktyorlara qarşı cəza tədbirləri başlandı

Əldə etdiyimiz məlumata görə, oktyabrın 7-də Milli Şuranın mitinqində iştirak etmiş aktyorlar İlqar Cahangir, Abbas Qəhrəmanov və Ayşad Məmmədli barədə artıq ölçü götürülməsinə başlanılıb. 

AzNews.az xəbər verir ki, Ayşad Məmmədov və Abbas Qəhrəmanov çalışdıqları Milli Dram teatrından kənarlaşdırılıblar. Onların prezident mükafatından məhrum edilməsi üçün tədbirlər görülür.

Bundan başqa, hər üç aktyorun bundan sonra seriallarda çəkilişinə qadağa qoyulub.
Həmçinin, onlardan “Əməkdar artist” fəxri adının alınması məsələsinə də baxılır.

Xatırladaq ki, Milli Şuranın oktyabrın 7-də “Məhsul” stadionunda keçirdiyi mitinqdə bəzi incəsənət nümayəndələrinin də qatıldığı məlum olub. Onların bəzilərinin hazırda telekanallarda nümayiş etdirilən teleseriallarda aparıcı rollar ifa etdiyi deyilir.

Müxalifətin mitinqindən əvvəl mediada gedən məlumatlarda bildirilirdi ki, Milli Şuranın aksiyalarına qatılan şəxslər barədə xüsusi araşdırmalar aparılır. Dövlət orqanlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində çalışanlar, həmçinin ali məktəblərdə oxuyan tələbələr və digər bu qəbildən olan şəxslər təsbit olunur və onların barəsində ölçü götürülür. Müxalifətin əvvəlki mitinqlərinə qatılan bir sıra belə şəxslər barədə artıq cəza tədbirləri görüldüyü barədə məlumatlar da var.

Sizin Reklam Yeriniz