Əlaqə Arxiv
news Image
2017.10.13
09:59
| A A A
İraqda İŞİD-dən xilas edilən 4 yaşlı Abdulla Azərbaycana gətirilib

İraqda İŞİD-dən xilas edilən və orada uşaq evində saxlanılan 4 yaşlı Abdulla ötən axşam Azərbaycana gətirilib.
 
Movqe.az xəbər verir ki, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya bildirib ki, Azərbaycanın İraqdakı səfirliyinin əməkdaşının müşayiəti ilə Abdulla adlı uşağın Azərbaycana gətirilməsi təmin olunub.
 
Hikmət Hacıyev digər azərbaycanlı uşaqların da müəyyənləşdirilməsi və vətənə gətirilməsi üzərində iş aparıldığını deyib: “Uşağın ölkədən çıxarılması üçün ilk olaraq identifikasiya işləri aparılmalıdır. İraq hökumətinin sənədləşdirməsi və razılaşdırması olmalıdır”. 

Sizin Reklam Yeriniz