Əlaqə Arxiv
news Image
2013.03.06
11:29
| A A A
İndoneziya parlamenti Xocalı soyqırımının tanınması məsələsini müzakirə edəcək
Yaxın günlərdə parlamentdə Xocalı soyqırımı haqqında ictimai müzakirələr keçiriləcəyi gözlənilir

Azərbaycanın  İndoneziyadakı səfiri  Tamerlan Qarayev İndoneziya Parlamentinin Birinci Komissiyasının sədri Mahfuz Sıddıq ilə görüşüb. Səfirlikdən verilən məlumata görə, görüş zamanı səfir Ermənistanın Azərbaycana qarşı təcavüzü, habelə bu təcavüz əsnasında ermənilərin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər, xüsusilə də Xocalı soyqırımı haqqında qarşı tərəfə geniş məlumat verib.

 

Səfir 2012-ci ilin yanvar ayında İƏT ölkələrinin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində baş tutmuş konfransında Xocalı soyqırımının üzv ölkələrin parlamentləri tərəfindən tanınmasına dair qəbul olunmuş qətnamənin yerli dildə tərcüməsini qarşı tərəfə təqdim edib.

 

O həmin konfransa ev sahibliyi və sədrlik etmiş İndoneziya parlamentinin qeyd olunan qətnamənin icrasının təminatçısı şəklində  çıxış etməsini və bu qətnaməni icra etməklə bütün  İƏT ölkələrinə nümunə olmasını istədiyini bildirib.

 

M. Sıddıq öz növbədə Azərbaycanın Papua məsələsində İndoneziyaya hər zaman dəstək nümayiş etdirdiyini bildirərək, indi sıranın İndoneziyada olduğunu və Xocalı soyqırımının İndoneziya parlamenti tərəfindən tanınması üçün əlindən gələn bütün köməklikləri göstərəcəyini qeyd edib. İndoneziya parlamentinin Birinci Komissiyasının sədri Azərbaycana dəstək göstərəcəklərini və Xocalı soyqırımının parlamentdə müzakirəyə çıxarılacağını vurğulayıb və bunun üçün hazırlanmış müraciətin Komissiya üzvləri tərəfindən imzalanacağını bildirib.

 

M. Sıddıq prosesin bir hissəsi olaraq, yaxın günlərdə İndoneziya  parlamentində Azərbaycan səfirliyin iştirakı ilə Xocalı soyqırımı  haqqında ictimai müzakirələrin keçiriləcəyini, sərgi və  təqdimatlar təşkil olunacağını və sonda Xocalı  soyqırımı haqqında video nümayiş olunacağını qeyd edib.

Sizin Reklam Yeriniz