Əlaqə Arxiv
news Image
2013.03.06
12:57
| A A A
Qırğızıstanın cənubunda etiraz aksiyası keçirilir

Cəlalabadda Qırğızıstan hökumət nümayəndəliyinin binasında müxalifət tərəfdarları ayağa qalxıblar.  Movqe.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yüzə yaxın etirazçı əvvəllər həbs olunmuş müxalifət liderlərinin azad edilməsini tələb edirlər. 


Dünəndən bəri isə Qırğızıstanın cənubunda etirazlar yenidən baş qaldırıb. KİV-in verdiyi məlumata görə, etiraz aksiyasında daha çox qadınlar iştirak edir. Etirazçılar şəhərin mərkəzi meydanı olan yurtda aksiyanı müddətsiz etməyə hazırlaşırlar.


Qırğızıstan parlamentinin deputatları, öz növbəsində, baş verə biləcək qeyri-sabitliyin qarşısını almaq üçün ölkədə olan siyasi vəziyyət haqqında baş prokurorun və milli təhlükəsizlik üzrə dövlət komitəsinin hesabatlarını dinləmək niyyətindədirlər.


Xatırladaq ki, parlamentin deputatı - "Ata Jurt" müxalifət partiyasının lideri Kamçibek Taşiyev, parlamentin vitse-spikeri Talant Mamıtov, ölkənin keçmiş hərbi prokuroru Kubatbek Kojonaliyev və üç köməkçisi ilə birlikdə həmin partiyadan olan parlament fraksiyasının lideri Sadır Japarov oktyabrın əvvəllərində həbs olunublar. 

Bişkekdə onlar barəsində "hakimiyyəti zor gücünə ələ keçirmə cəhdi" ittihamı ilə məhkəmə prosesi gedir. Onu da qeyd edək ki, noyabrda artıq müxalifət liderləri tərəfdarlarının kütləvi aclıq aksiyası da keçirilmişdir. 







Sizin Reklam Yeriniz