Əlaqə Arxiv
news Image
2017.10.19
13:33
| A A A
İspaniya hökuməti Kataloniyanın muxtariyyət statusunu ləğv edir
Bu prosedurlar ölkə Konstitusiyasının 155-ci maddəsini tətbiq etmək üçün həyata keçiriləcək

İspaniya hökuməti Kataloniyanın muxtariyyət statusunun dayandırılması üçün prosedurlara başlayıb. 

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İspaniya hökumətinin sözçüsü bildirib.
O qeyd edib ki, bu prosedurlar ölkə Konstitusiyasının 155-ci maddəsini tətbiq etmək üçün həyata keçiriləcək. Həmin maddəyə əsasən, Kataloniya əyalətinin muxtariyyət statusu ləğv olunacaq. Bunun üçün prosedurlar oktyabrın 21-də başlayacaq.
Qeyd edək ki, İspaniya hökuməti Kataloniyadakı yerli hakimiyyətə krallığın tərkibindən çıxıb-çıxmamaqla bağlı qərarı elan etmək üçün oktyabrın 19-u saat 12-dək (Bakı vaxtı ilə) möhlət vermişdi. Kataloniya hökumətinin başçısı Karlos Puçdemon oktyabrın 19-da bildirib ki, İspaniya hökuməti onun görüş tələbini qəbul etməzsə, əyalət parlamenti krallığın tərkibindən çıxdığını elan edəcək.

Sizin Reklam Yeriniz