Əlaqə Arxiv
news Image
2017.10.21
22:19
| A A A
Tramp Rəqqanın İŞİD-dən azad edilməsini təsdiqləyib

ABŞ prezidenti Donadl Tramp Suriyanın Rəqqa şəhərinin İŞİD-dən azad edilməsi ilə bağlı bəyanatla çıxış edib.

Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Tramp bildirib: "Bizim İŞİD-ə qarşı mübarizədə tərəfdaşlarımız "Suriya demokratik qüvvələri" Rəqqanı uğurla azad etdilər. Bizim qüvvələr şəhəri İŞİD-in nəzarətindən birgə azad etdilər".

Tramp qeyd edib ki, İŞİD-in Rəqqada darmadağın edilməsi bizim İŞİD-i tam darmadağın etmə qlobal kampaniyamızda mühüm irəliləyişdir: "İŞİD-in "paytaxtı" Rəqqanın və ərazilərin çoxusunun azad olunması ilə xilafətin sonu yaxındır".

Bundan əlavə Tramp ABŞ hərbçilərinə təşəkkürünü bildirib.

 

 

Sizin Reklam Yeriniz