Əlaqə Arxiv
news Image
2017.10.23
11:24
| A A A
Kəmaləddin Heydərov Şabranda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 27-də Şabran şəhərində vətəndaşları qəbul edəcək.
 
Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan başlayacaq qəbulda yalnız Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
 
Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
 
Qəbula gələn vətəndaşların qeydiyyatı Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında oktyabrın 26-da saat 09.00-da başlayacaq.
 
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Sizin Reklam Yeriniz