Əlaqə Arxiv
news Image
2017.10.27
07:00
| A A A
Bitməyən düşmən təxribatları müharibəni yenidən alovlandırır
İbrahim Rüstəmli: “Prosesin müharibəyə doğru getməsi artıq ehtimal versiyasını çoxdan arxada qoyub” Qabil Hüseynli: “Ermənilən bu təxribatları dünya ictimaiyyətinə qarşı da yönəlmiş haldır”

Ermənistanın əməlləri düşmənin cəbhə zonasında təxribatalara son vermək niyyətində olmadığını göstərir. Bu vəziyyətin isə təbii olaraq, savaş ehtimalını artırır. Bunu düşmən tərəf də yaxşı başa düşür. Eyni zamanda yeni savaşın ermənilərə daha böyük zərbə ilə nəticələnəcəyini bilməmiş deyillər. Siyasilərin fikrincə, belə olan halda qarşı tərəfin cəbhədə təxribatlara son qoymaması müəyyən məqsədlərə hesabanıb.

Ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmlinin fikrincə, prosesin müharibəyə doğru getməsi artıq ehtimal versiyasını çoxdan arxada qoyub: “Azərbaycan beynəlxalq hüquq və dünya ictimaiyyəti tərəfindən dəstəklənən haqqını heç vaxt heç kimə güzəştə getməyəcək. İndiyədək problemin sülh yolu ilə həllinin davamlı şəkildə fiaskoya uğraması bütün məsuliyyəti Ermənistan tərəfinin üzərinə qoyur. 
Mənim ölkəm müharibə tərəfdarı deyil, amma öz haqqını müharibə yolu ilə bərpa etmək və qorumaq şansını da  özündə saxlayır.  Bunu Serj Sarkisyan iqtidarı  çox gözəl bilir. Amma və lakin digər çıxış yolunu  tapa bilmir. Havadarlarının qarşısında üzərinə götürdüyü öhdəliklər var! Yəni, indilərdə Qarabağ problemi bu iqtidarın hakimiyyətdə qalmaq çabalarına həyat verən yeganə vasitədir. S. Sarkisyan və onun təmsil etdiyi komanda erməni əhalisinin etimadını itirib. Dinc İrəvan bu iqtidarın heç bir əxlaq normalarına sığmayan  siyasi oyunlarına kütləvi şəkildə etiraz edir. Əsgər anaları Qarabağın Azərbaycana məxsusluğunu çəkinmədən dilə gətirir  və gəncləri orduya göndərməməyə çağırır. Hadisələrin kəskin dinamikası isə bu çağırışların artan xətlə davamlı xarakter daşıyacağına şübhə yeri qoymur. Ona görə də çıxılmaz vəziyyətdə qalan S. Sarkisyan iqtidarı hər fürsətdə Qarabağ kartını ortaya atır və bu zaman köhnəlmiş “klassik” gedişlərin artıq öz kəsərini itirməsi faktını unudur. Yəni, S. Sarkisyan və onun komandası hakimiyyətdəki ömrünü uzatmaq naminə hətta Ermənistan əhalisini güdaza verməkdən çəkinmir. Bu isə öz növbəsində müharibə ehtimalını hər an aktiv fazada saxlayır. 
Siyasi tribunalarda Azərbaycan rəsmilərinin haqlı tələbinə məhəl qoyulmayanda, son söz, təbii ki,  hərb tribunasında  Azərbaycan əsgərinə veriləcək. Bu əsgərin sarsıdıcı zərbəsinə tab gətimək ehtimalı isə Ermənistan kimi qurama bir ölkə üçün sıfıra bərabərdir!”.
Politoloq Qabil Hüseynli bildirdi ki, ermənilən bu təxribatları dünya ictimaiyyətinə qarşı da yönəlmiş haldır: “Ermənilər Azərbaycanı təxribata çəkib müharibə alovu yaratmaq istəyirlər. Bu, həm də həmin zamanlarda Ermənistan-Rusiya qoşun birləşmələrinin necə hərəkət edəcəyini sınaqdan keçirmək məqsədi güdür. 
Nəzərə alaq ki, son zamanlar Ermənistan-Rusiya qoşun birləşmələri haqqında müxtəlif söhbətlər dolaşır. Guya hərbi əməliyyatlar başlayacağı təqdirdə onlar Ermənistanın yanında olacaqlar. Yəni bir neçə istiqamətdə məqsəd güdən Serj Sarksiyan rejimi Azərbaycanı təxribata çəkməklə, Ermənistanın hərbi potensialını sınaqdan çıxarmağa çalışır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz