Əlaqə Arxiv
news Image
2017.10.30
16:48
| A A A
Nazirdən İraqda düşərgələrdə olan uşaqlarla bağlı AÇIQLAMA: 100-ə yaxın adam var

"Azərbaycanın Xarici İşlər Nazirliyi İraqda düşərgələrdə olan azərbaycanlı qadın və uşaqların sayını dəqiqləşdirir".

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, bu istiqamətdə yalnız XİN deyil, eləcə də müvafiq qurumlar, xüsusən Daxili İşlər Nazirliyi işləyir.

 

Nazir deyib: "Bu o qədər də sadə məsələ deyil. Bununla bağlı bir neçə suala cavab tapmaq lazımdır. Bu adamlar oraya necə gedib, nə ilə məşğul olublar və gələcək taleyi necə olacaq. Bütün bunlar İraq hökuməti ilə iş tələb edir. Hazırda siyahıda 100-ə yaxın adam var, amma siyahı dəqiq deyil. Fikrimcə, bir ay ərzində əlimizdə daha dəqiq məlumatlar olacaq".

Sizin Reklam Yeriniz