Əlaqə Arxiv
news Image
2017.10.31
14:25
| A A A
Hesablama Palatasına yeni səlahiyyət verildi

Azərbaycanda Hesablama Palatası cinayət əməlləri olan hüquqpozmalarla yanaşı, inzibati xəta əlamətləri olan hüquqpozmalar da aşkar etdikdə onlar barəsində materialları müvafiq icra hakimiyyəti orqanına göndərə biləcək.

Movqe.az-ın trend-ə istinadən  məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Hesablama Palatası haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanunun qüvvədə olan mətni yalnız cinayət əlamətləri olan hüquqpozmalarla bağlı materialların aidiyyatı üzrə göndərilməsini nəzərdə tutursa, təklif olunan variant həm də inzibatı xəta əlamətləri olan hüquqpozmaları əhatə edir.

Qanunun hazırkı variantına görə, Hesablama Palatası dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan müvafiq materialları Baş Prokurorluğa göndərir.

Təklif olunan yeni redaksiyada isə qeyd edilir ki, Hesablama Palatası dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan materialları müvafiq olaraq, müvafiq icra hakimiyyəti orqanına və ya Baş Prokurorluğa göndərir.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Sizin Reklam Yeriniz