Əlaqə Arxiv
news Image
2017.10.31
15:14
| A A A
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir

Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir.

Movqe.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: “Hörmətli cənab Prezident, əziz qardaşım. Hörmətli qonaqlar. Mən sizin hamınızı ürəkdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Cənab Prezident, biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Bu gün biz təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik. Bir daha görürük ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir. Əlaqələrimizin inkişafı ilə bağlı bizim fikirlərimiz üst-üstə düşür. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bugünkü toplantısı da əminəm ki, çox uğurlu nəticə verəcək".

İlham Əliyev bildirib ki, gündəlikdə bir çox məsələlər var - siyasi əlaqələr, beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz, iqtisadi sahədə əməkdaşlıq, hərbi, hərbi-texniki əməkdaşlıq, təbii ki, enerji, nəqliyyat məsələləri: "Yəni, gündəlik kifayət qədər genişdir və bütün istiqamətlər üzrə çox yaxşı nəticələr var. Bizim qəbul etdiyimiz qərarlar icra edilir və hökumətlərarası birgə komissiya da çox uğurla fəaliyyət göstərir.

Əminəm ki, bu gün geniş tərkibdə müzakirə ediləcək məsələlər də yaxşı nəticələrə gətirib çıxaracaq. Bir daha xoş gəlmisiniz".

Sizin Reklam Yeriniz