Əlaqə Arxiv
news Image
2017.10.31
16:45
| A A A
Prezident İlham Əliyev: Türkiyənin inkişaf edən hərbi sənaye kompleksi Azərbaycan üçün böyük maraq kəsb edir

Türkiyənin inkişaf edən hərbi sənaye kompleksi Azərbaycan üçün böyük maraq kəsb edir. Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatla çıxışında deyib. Dövlətimizin başçısı qeyd edib: "Bu gün biz hərbi sahədə əməkdaşlıq haqqında geniş müzakirə apardıq. Bu məsələ gündəlikdə duran məsələlərdəndir. Bu il üç dəfə Azərbaycanda, iki dəfə Bakıda, bir dəfə isə Naxçıvanda birgə hərbi təlimlər keçirildi. Bu da hərbi sahədə bizim əməkdaşlığımızı gücləndirən amildir. Eyni zamanda, hərbi-texniki sahədə birgə fəaliyyətimiz davam edir". İlham Əliyev bildirib ki, Türkiyənin gündən-günə inkişaf edən hərbi sənaye kompleksi bizim üçün böyük maraq kəsb edir: "Biz Türkiyədən hərbi təyinatlı məhsulları alırıq və bundan sonra da alacağıq".

Sizin Reklam Yeriniz