Əlaqə Arxiv
news Image
2017.12.02
10:17
| A A A
Bakı-Tiflis-Qars Pakistana qədər uzanır
Əli Əlirzayev: “Pakistanın da BTQ-yə qoşulması ilə Azərbaycan daha çox tranzit gəliri əldə edəcək” Musa Quliyev: “İslamabadın BTQ-yə qoşulması ilə yolun rentabelliyə artacaq, Pakistandan ölkəmizə gələn malların qiyməti aşağı düşəcək”

Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin görüşündən sonar məlum oldu ki, Pakistan da Bakı-Tiflis-Qars dəmir yolundan istifadə edə bilər. Buna münasibət bildirən iqtisadçı alim Əli Əlirzayev qeyd etdi ki, İslamabadın BTQ-dən istifadə etməsilə sözügedən tranzit yolunun əhəmiyyəti daha da artacaq: “Bakı-Tiflis-Qars dəmir yolunun Pakistana qədər uzanması həm Azərbyacanın, həm də İslamabadın özünün xeyrinədir. Bu fonda Pakistan da öz mal və əmtəəsini daha asan şəkildə və ucuz formada Avropaya aparıb, oradan mal gətirə biləcək.

Digər tərəfdən, belə olan halda Azərbaycandan keçən bu dəmir yolundan daha çox yük daşınacaq ki, ölkəmiz bununla  daha çox tranzit gəliri əldə edəcək. Ona görə BTQ-nin Pakistana qədər uzanmasında xüsusən də ölkəmiz maraqlıdır. Pakistanın da sözügedən prosesə qoşulmasının həmin tranzit məkanından yararlanan ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsi baxımından əhəmiyyəti böyükdür”.

Milli Məclisin deputatı Musa Quliyev də qeyd etdi ki, Pakistanın da BTQ-yə cəlb olunması böyük dividendlər vəd edir: “Onu qeyd edim ki, artıq Ukrayna üzərindən sözügedən marşurut vasitəsilə gündə təxminn 30-35 vaqon Azərbaycan üzərindən Çin və Koreyaya yola salınır. Yəni, marşurutun açılmasından bir ay vaxt keçməyib, artıq Ukrayna kimi bir dövlət prosesə marağını ifadə edib.

Pakistan böyük potensiala malik güclü bir dövlətdir. Onunla ticarət sahəsində partnyor olmaq bu mənada istənilən dövlət üçün dividend gətirir. İslamabadın Bakı-Tiflis-Qars dəmir yoluna qoşulması ilə həm yolun rentabelliyə artacaq, həm bu yol vasitəsilə Pakistandan ölkəmizə gələn malların qiyməti aşağı düşəcək, həm də ölkəmiz üzərindən malların daşınmasından qazanacağıq. Düşünürəm ki, bu mənada Pakistan sonuncu dövlət deyil. Başqa dövlətlər də bu istiqamətdə maraqlı olduqlarını ifadə ediblər. Ona görə də yaxın zamanlarda daha çox dövlətin bu xəttə qoşulacağını gözləyirik.

«Şimal-Cənub» dəhlizinin işə düşməsilə də İran və onun vasitəsilə ərəb ölkələri də prosesə qoşulmaq imkanı əldə edəcəklər. Belədə Azərbaycan üzərindən mallar həm Şimaldan Cənuba, həm də Şərqdən Qərbə və əks istiqamətlərdə gedəcək. Bu mənada BTQ çox böyük dividendlər vəd edir. Burada təkcə iqtisadi dividend qazanmırıq, yoldaşlıq etdiyin ölkələr həm də tərəfdaşa, o cümlədən siyasi, hərbi, mədəni sahədə tərəfdaşa çevrilir, Azərbaycan da diqqət mərkəzinə çevrilir. Belədə BTQ-nin böyük perspektivə malik olduğunu görəcəyik”.

Rüfət NADİROĞLU

 

 

Sizin Reklam Yeriniz