Əlaqə Arxiv
news Image
2017.12.04
12:49
| A A A
MN: Əfqanıstandakı sülhməramlıların sayı artırılacaq

Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasında iştirak edən Azərbaycan sülhməramlılarının sayının artırılması ilə bağlı tədbirlər davam etdirilir.

Movqe.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi tapşırıq Müdafiə Nazirliyi tərəfindən icra olunmaqdadır.

Bildirilib ki, verilən bu siyasi qərarın həyata keçirilməsi ilə əlaqədar müvafiq dövlət qurumları, eləcə də NATO komandanlığı ilə əlaqəli şəkildə prosedurlar yerinə yetirilir: "Sülhməramlıların sayının artırılması prosesinin gələn ilin ilk rübünədək həyata keçirilməsi planlaşdırılır".

Sizin Reklam Yeriniz