Əlaqə Arxiv
news Image
2017.12.05
09:09
| A A A
Azərbaycandan İslam həmrəyliyinə mühüm töhfələr
Gövhər Baxşəliyeva: “Bu gün də Azərbaycan bütün İslam aləmi üçün örnəkdir” Rufiz Qonaqov: “Xarici siyasətimizdə prioritet məsələlərdən biri də budur”

Məlumdur ki, Azərbaycan İslam aləmində həmrəyliyin gücləndirilməsinə böyük önəm verir. Bu istiqamətdə əməli addımlar atılmaqdadır. Eyni zamanda ölkəmizin bu təşəbbüsü müsəlman dövlətləri tərəfindən də təqdir olunur və alqışlanır. Bu mənada demək olar ki, Azərbaycan İslam aləmində həmrəyliyin gücləndirilməsinə artıq mühüm töhfələr verib.

Millət vəkili Gövhər Baxşəliyeva bildirdi ki, bu illər ərzində Azərbaycan İslam həmrəyliyinə töhfələr verə bildi: “Ən əsası, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edildi. Bu istiqamətdə də ölkəmizdə bir çox tədbirlər keçirildi. 50-dən çox dövlətin iştirakı ilə İslam Oyunlarına ev sahibliyi etdik.

Bundan başqa, Prezident İlham Əliyevin mətəmadi olaraq İslam ölkələrinə səfərlərini, müqavilələrin bağlanmasını göstərə bilərik. Həmçinin Azərbaycan daim müsəlman ölkələrinin maraqlarını dəstəkləyib. Məsələn, Azərbaycan Fələstin səfirliyi yerləşən az ölkələrdən biridir. Nəzərə alaq ki, sabiq SSRİ-dən çıxmış dövlətik. SSRİ-də din qadağan olunmuşdu. Lakin müstəqilliyimizin ilk illərindən dövlət-din münasibətinin düzgün istiqamətdə tənzimlənməsi, xalqın düzgün istiqamətdə maarifləndirilməsi, bir çox köhnə məscidlərin təmir olunması, İslam Universitetinin fəaliyyətinə başlaması Azərbaycanın İslam həmrəyliyinə töhfə verməsinin göstəricisidir.

Ümumiyyətlə, Azərbaycan hər zaman İslam mədəniyyətinin bir hissəsi olub. Orta ərslərdə İslam mədəniyyətinin yaradılması, inkişafına Azərbaycan böyük töhfələr verib. Bu gün də Azərbaycan bütün İslam aləmi üçün örnəkdir. Belə ki, əhalinin böyük hissəsi müsəlman olsa da, dövlət dünyəviliyini qoruyub saxlayır”.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov bildirdi ki, Prezident 2017-ci ildə ölkəmizdə “İslam Həmrəyliyi ili” elan etdi: “Bu il çərçivəsində ölkəmizdə İslam dialoqu, mədəniyyəti, İslamın barış və sülh dini olması ilə bağlı bir çox vacib tədbirlər həyata keçirildi. Bu çərçivədə ən böyük tədbirlərdən biri “4-cü İslam Həmrəyliyi Oyunları”na Azərbaycanın ev sahibliyi etməsi oldu.

 İli “Asiyanın Qəlbi - İstanbul Prosesi”nin nazirlər konfransı ilə başa vurur. Bu prosedə 14 ölkə təmsil olundu. Artıq Azərbaycan Asiyanın və Avropanın mərkəzinə, həm də birləşmə nöqtəsinə çevrilib. Torpaqlarını 20 fazinin işğal altında olmasına baxmayaraq, ölkəmiz sabit və bir çox məsələlərin müzakirə olunabiləcəyi məkana çevrilib. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Asiya və Avropa arasında körpüdür. Biz bununla fəxr edirik.

Cənab Prezidentin də qeyd etdiyi kimi, bu gün dünyada İslam həmrəyliyi vacib amildir. İslam həmrəyliyi olmadan İslam ölkələrində barışdan, sülhdən danışmaq mümkün deyil. Bu gün Azərbaycan torpaqları işğal altındadır. Türkiyə, Paksitan, Səudiyyə Ərəbistanı Ermənistanla əlaqə saxlamır. Digər müsəlman dövlətləri də bu cür addımlar atmalıdırlar. Etnik sepratizmə uğramış bütün ölkələrə münasibətdə də belə olmalıdır. Azərbaycan üzərinə düşən vəzifəni icra etdi. Bununla da son illər İslam ölkələri arasında həmrəyliyin formalaşması üçün öz töhfəsini verib. Proses bundan sonra da davam edəcək. Xarici siyasətimizdə prioritet məsələlərdən biri də budur”.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz